ADP sədri Sərdar Cəlaloğlu Moderator.az-a açıqlamasında Türkiyə və Rusiya arasında artan gərginliyi şərh edib:
“Son vaxtlar Rusiya ilə
Türkiyə arasında ziddiyyətlər artmaqdadır. Buna bır sıra amillər daxildir ki,
bunlardan da biri Rusiyanın PKK-ya dəstək verməsidir. Rusiya PKK-nın ayaqda
qalmasına, onun Türkiyədə müxtəlif terror aksiyaları həyata keçirməsinə dəstək
verir. Hansı ki, Türkiyə bu terror təşkilatını məhv etmək üçün ciddi adımlat
atmaqdadır. Rusiya Əsəd rejiminin hakimiyətdə qalmasına çalışır, Türkiyə isə Əsədin
getməsində maraqlıdır. Türkliyə Cənubi Qafqaz ölkələri, eləcə də Azərbaycanla
münasibətləri inkişaf etdirmək, daha sıx münasibətlər qurmaq istəyir, Rusiya
buna mane olur. Bu və bu kimi ziddiyyətlər iki ölkə arasındakı münasibətləri gərginləşdirir.
Təbii ki, proseslərin bu
məcrada inkişafı nə Türkiyə, nə də Rusiyaya yaxşı heç nə vəd etmir. Proseslərin
məlum dinamikada inkişafı davam edərsə, bu, hər iki tərəfə itkidən başqa heç nə
qazandırmayacaq”x9d.
Seymur Əliyev



































































































