Şəkidə “qızılaxtaranlar”x9d qədim kurqanı dağıdır

Hazırda oxunan: Şəkidə “qızılaxtaranlar”x9d qədim kurqanı dağıdır

99906
Şəkinin Cəfərabad kəndində yerləşən kurqanda naməlum şəxslər tərəfindən qanunsuz qazıntı işləri aparılıb.
 
Bu barədə APA-ya yerli sakinlər məlumat verib.
 
Sakinlərin sözlərinə görə, tunc dövrünə aid kurqan dövlət qeydiyyatına alınsa da, “qızıl axtaranlar”x9d burda qazıntı işləri aparırlar. Bundan əvvəl də abidədə qızıl axtarmaq məqsədilə qanunsuz qazıntı aparılıb.
 
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, arxeoloq İntizar Bədəlova APA-ya  bildirib ki, ona da məsələ barədə məlumat verilib. O, hazırda hadisə yerinə getdiyini deyib. İ. Bədəlova bildirib ki, bu barədə müvafiq təşkilatlar qarşısında məsələ qaldıracaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin