Azərbaycan Mərkəzi Bankı “Yunayted Kredit Bank”x9da əmanət qəbulunu qadağan edib.
Ancaq qadağanın səbəbi açıqlanamayıb. Yalnız o bildirilib ki, bank əmanət qəbul edə bilmədiyi üçün kreditləşməni də dayandırmağa qərar verib.
Xatırladaq ki, bir qədər əvvəl məhkəmə çəkişməsi ucbatından “Yunayted Kredit Bank”x9dın həm ölkədaxili, həm də ölkəxarici hesablarına həbs qoyulmuşdu. Son nəticədə bankın əmanətçiləri pullarını geri götürə bilmirdilər. Hazırda isə bankdan bu problemin həll olunduğu bildirilir.(fins.az)


































































































