AŞPA seçki müşahidə missiyasının Azərbaycana səfəri başlayıb - Rəsmi

Hazırda oxunan: AŞPA seçki müşahidə missiyasının Azərbaycana səfəri başlayıb - Rəsmi

96590
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) seçki müşahidə missiyasının bu gün Azərbaycana ilk səfəri başlayıb.

APA-nın məlumatına görə, ispaniyalı parlamentar Yordi Çuklanın başçılığı ilə 5 nəfərlik AŞPA nümayəndə heyəti seçkiqabağı durumu öyrənmək üçün 2 gün Azərbaycanda olacaq. Səfərin məqsədi 1 noyabr tarixində Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı seçki sistemini və  seçki kampaniyasını dəyərləndirməkdir. Nümayəndə heyəti parlamentin spikeri, parlamentdə təmsil olunan parlament qrupları və partiya liderləri, həmçinin parlamentdə təmsil olunmayan müxalif partiya liderləri ilə görüşəcək. Bundan başqa, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti, Mərkəzi Seçki Komissiyasının sədri və Qeyri-Hökumət Təşkilatları, media nümayəndələri ilə də görüş planlaşdırılır.

Nümayəndə heyəti seçki öncəsi səfərlə bağlı yazılı bəyanat hazırlayacaq.

Nümayəndə heyətinin tərkibinə həmçinin Almaniyadan Franck Schwabe, keçmiş Yuqolsaviya Respublikası və Makedoniyadan Aleksandar Nikoloski, Türkiyədən Egemen Bağış və İspaniyadan Aqustin Konde daxildir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin