Azərbaycan hərəsi az qala yarım milyon dollara olan avtobuslar alıb

Hazırda oxunan: Azərbaycan hərəsi az qala yarım milyon dollara olan avtobuslar alıb

93848
Bu ilin I yarısında Azərbaycan xaricdən $147,9 mln-a (gömrük rüsumu və vergi nəzərə alınmadan) 590 ədəd sərnişin avtobusu alıb. Avtobuslar əsasən Almaniyadan idxal olunub.

Dövlətstatkomda Turan-a bildiriblər ki, Almaniyada ümumi gömrük qiyməti $70,9 mln olan 268 avtobus sifariş verilib. Bir avtobus $264,8 minə başa gəlib.

Ən bahalı avtobuslar İsveçrə istehsalıdır ”“ $480 212. Bu ölkədən 5 avtobus alınıb. Bu il Fransada Azərbaycana ixrac üçün 192 avtobus istehsal edilib. İVECO markalı avtobusların biri $317 426-dır.

Çexiya Azərbaycana 30 avtobus satıb. Onların biri orta hesabla $265 466-dır.

Qeyd edək ki, bu ilin I yarısında Rusiyadan (11 ədəd, ümumi qiymət $441 min), Türkiyədən ($46, $2 mln 925 min) və Koreyadan (32, $2 154 min) da avtobus alınıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin