Qazaxıstan-Azərbaycan aviareyslərinin qiyməti qalxır

Hazırda oxunan: Qazaxıstan-Azərbaycan aviareyslərinin qiyməti qalxır

91625
“Air Astana”x9d aviaşirkəti Qazaxıstanın milli valyutası tengenin devalvasiya ilə əlaqədar biletlərin qiymətini qaldırır. 

Moderator.az xəbər verir ki, “Air Astana”x9ddan “Report”x9da verilən məlumata görə, milli valyutanın üzən məzənnəyə keçməsi ilə əlaqədar avqustun 22-dən etibarən beynəlxalq reyslərin tarifləri 25%-dən başlayaraq artacaq.

“Bildiyiniz kimi, dünya aviasənayesi bütün əməliyyatları əsasən ABŞ dolları ilə həyata keçirir. “Air Astana”x9d da gəlirinin əsas hissəsini tengedə aldığından şirkət öz dollar öhdəliklərini ödəmək üçün tarifləri artırmaq məcburiyyətindədir”x9d, - şirkətdən qeyd ediblər.

“Air Astana”x9ddan bildiriblər ki, bu qiymət artımı tam olaraq şirkətin xərclərini ödəməyəcək, bu səbəbdən digər müvafiq ölçülər də götürüləcək.

Qeyd edək ki, “Air Astana”x9d Astana və Almatı şəhərlərindən Bakıya mütəmadi aviareyslər həyata keçirir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin