Xoruldayan kişilər həyat yoldaşlarının ömründən “oğurlayır”lar – ARAŞDIRMA

Hazırda oxunan: Xoruldayan kişilər həyat yoldaşlarının ömründən “oğurlayır”lar – ARAŞDIRMA

622155

İngiltərədə aparılan bir araşdırmaya görə, bir qadın həyat yoldaşının xoruldaması səbəbindən ömrü boyu təxminən 4 illik yuxu itkisi yaşayır.

Bizim.Media "Ensonhaber"ə istinadən xəbər verir ki, gecə boyu bir insanın xoruldaması digər şəxsin dəfələrlə oyanmasına səbəb olur.

Bu vəziyyət səhərlər yorğun, yuxusuz və dincəlməmiş hiss etməyə yol açır.

İngiltərədə aparılan bir tədqiqatda, bir qadının həyat yoldaşının xoruldaması səbəbilə həyatı boyu təxminən 4 il yuxu itkisi yaşadığı ortaya qoyulub.
 

Ümumiyyətlə kişilərdə və artıq çəkili insanlarda tez-tez rast gəlinən xoruldama şəxsin özü ilə yanaşı, xüsusilə həyat yoldaşlarına da mənfi təsir göstərə bilir.


Xoruldayan şəxslə eyni mühiti paylaşan insanda xroniki yorğunluq, diqqət dağınıqlığı, immunitet sisteminin zəifləməsi, uzunmüddətli perspektivdə isə stres və təşviş kimi psixi problemlər müşahidə oluna bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin