Gəncədə Prezident Təqaüdçüsü, filologiya üzrə fəlsəfə doktoru vəfat edib.
Gəncə Dövlət Universitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosent əvəzi, filologiya üzrə fəlsəfə doktoru Qivami Qazıyev vəfat edib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, bir müddət öncə səhhətində problemlər yaranan Qazıyev 70 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Qivami Qazıyev 11 avqust 1956-cı ildə Goranboy rayonunun Dəliməmmədli qəsəbəsində anadan olub.
1974–1978-ci illərdə H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) Azərbaycan dili və ədəbiyyat fakültəsində təhsil alıb.
2001-ci ildən etibarən GDU-nun Azərbaycan ədəbiyyatı kafedrasında kabinə müdiri, müəllim və baş müəllim vəzifələrində çalışıb. O, 20-dən çox elmi məqalənin müəllifidir. 2019-cu ildən Azərbaycan Respublikası Prezident Təqaüdçüsü idi.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu





































































































