Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci Görüşünün iştirakçıları iyunun 29-da Bakı şəhərində Ulu Öndər Heydər Əliyevin məzarını və Zəfər abidəsini ziyarət ediblər.
Bizim.Media xəbər verir ki, əvvəlcə Fəxri xiyabana gələn nümayəndə heyətləri Azərbaycan xalqının Ümummilli Liderinin əziz xatirəsini dərin ehtiramla yad edərək məzarı önünə əklil qoyublar.
Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Daha sonra Vətən müharibəsində qazanılmış tarixi Qələbənin rəmzi olan Zəfər abidəsi ziyarət olunub. Abidə önünə əklil qoyan iştirakçılar Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər. Qonaqlara Zəfər parkının və abidənin yaradılması, onun memarlıq konsepsiyası barədə məlumat verilib.




Bizim.Media

- A-
- A
- A+
Siyasət
12:26 / 29.06.2026
TDT ölkələrinin rəsmiləri Fəxri Xiyabanı və Zəfər abidəsini ziyarət etdilər – FOTO
Hazırda oxunan: TDT ölkələrinin rəsmiləri Fəxri Xiyabanı və Zəfər abidəsini ziyarət etdilər – FOTO
Hazırda oxunan: TDT ölkələrinin rəsmiləri Fəxri Xiyabanı və Zəfər abidəsini ziyarət etdilər – FOTO
622160
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
XƏBƏR LENTİ

09:59
Çay sahilində çətənə kolu yetişdirdi, tutuldu - Qaxda meşəlik ərazidə ƏMƏLİYYAT – ANBAAN VİDEO

09:26

































































































