Avropanı bürüyən “SƏSSİZ QATİL” – Ölənlərin sayı 1300-ü keçdi

Hazırda oxunan: Avropanı bürüyən “SƏSSİZ QATİL” – Ölənlərin sayı 1300-ü keçdi

622148

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus (Tedros Ghebreyesus) son bir həftə ərzində (21 iyundan etibarən) Avropada hökm sürən anomal isti hava dalğası səbəbindən 1 300-dən çox insanın həyatını itirdiyini bəyan edib.

Bizim.Media xəbər verir ki, bu barədə ÜST rəhbəri Cenevrədə keçirdiyi mətbuat konfransında açıqlama verib.

Qebreyesus yüksək temperatur nəticəsində yaranan termik stressi (bədənin həddindən artıq qızmasını) "səssiz qatil" adlandırıb.

O, Avropadakı mövcud infrastrukturun iqlim dəyişikliklərinə hazır olmadığını vurğulayıb:

"Avropadakı yaşayış binaları, xəstəxanalar və məktəblər bu cür anomal və uzunmüddətli isti hava şəraiti üçün layihələndirilməyib. Kondisioner və soyutma sistemlərinin çatışmazlığı riski daha da artırır".
 

Sinoptiklər və həkimlər xüsusilə yaşlıların, azyaşlı uşaqların və xroniki xəstəliklərdən əziyyət çəkənlərin günorta saatlarında açıq havada qalmamasını, bol maye qəbul etməsini tövsiyə edir.


Qeyd edək ki, Avropanın bir çox ölkələrində anomal istilər fonunda meşə yanğınları və quraqlıq təhlükəsi də pik həddə çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin