“Bu il Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə Prezident İlham Əliyev tərəfindən Türk Dünyası Həftəsinin keçirilməsi təşəbbüsü elan olunub, iyun ayının sonundan etibarən bu tədbirin Azərbaycanda təşkil ediləcəyi bildirilib. 100 il əvvəl olduğu kimi, Bakı yenidən Türk dünyasından olan alimlərin bir araya gəldiyi mühüm elm və mədəniyyət mərkəzinə çevrilib”.
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət nazirinin müavini Fərid Cəfərov deyib.
Nazir müavini diqqətə çatdırıb ki, ölkəmizdə keçirilən tədbirdə 20-dən artıq ölkədən 120-dən çox alim, tədqiqatçı və araşdırmaçı iştirak edir.
“Onların sırasında nüfuzlu beyin mərkəzlərinin, ali təhsil müəssisələrinin rəhbərləri, rektorlar, eləcə də Türk Dövlətləri Təşkilatı, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası və digər qurumların nümayəndələri yer alırlar. Tədbirdə, həmçinin türk dövlətlərindən olan rəsmi nümayəndə heyətləri və mədəniyyət xadimləri də iştirak edirlər”, - deyə o əlavə edib.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
13:54 / 29.06.2026
Türk Dünyası Həftəsində iştirak edən alimlərin SAYI AÇIQLANDI
Hazırda oxunan: Türk Dünyası Həftəsində iştirak edən alimlərin SAYI AÇIQLANDI
Hazırda oxunan: Türk Dünyası Həftəsində iştirak edən alimlərin SAYI AÇIQLANDI
622180
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
XƏBƏR LENTİ

09:59
Çay sahilində çətənə kolu yetişdirdi, tutuldu - Qaxda meşəlik ərazidə ƏMƏLİYYAT – ANBAAN VİDEO

09:26































































































