Kanalda çimdiyinə görə oğlunu kəmərlə döydü – ANBAAN VİDEO

Hazırda oxunan: Kanalda çimdiyinə görə oğlunu kəmərlə döydü – ANBAAN VİDEO

622167

Türkiyənin Adana şəhərində anomal istilər fonunda boğulma təhlükəsinə baxmayaraq, sərinləmək üçün suvarma kanalına girən azyaşlı uşaq atası tərəfindən kəmərlə döyülüb.

Bizim.Media xəbər verir ki, bu barədə "Demirören Haber Ajansı" (DHA) məlumat yayıb.

Məlumata görə, yay mövsümündə tez-tez boğulma hadisələrinin yaşandığı Adanada bir qrup uşaq təhlükəli olmasına baxmayaraq sərinləmək məqsədilə suvarma kanalına daxil olaraq üzməyə başlayıb.

Bir müddət sonra uşaqlardan birinin atası əraziyə gələrək oğlunun kanalda olduğunu görüb və ona kəskin reaksiya göstərib.
 

Atasının qəzəbini görən azyaşlı dərhal kanaldan çıxıb. Lakin hirsi soyumayan ata oğlunu yerə yıxaraq şalvarının kəməri ilə amansızcasına döyməyə başlayıb. Ətrafdakı sakinlər müdaxilə edərək qəzəbli atanı güclə sakitləşdiriblər və azyaşlını onun əlindən alıblar.


Sosial şəbəkələrdə kəskin etirazlara səbəb olan o dəhşətli anlar ətrafdakı vətəndaşların mobil telefon kameraları tərəfindən anbaan qeydə alınıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin