Keçmiş nazirin ailəsinə məxsus xəstəxananın BAŞ HƏKİMİ DƏYİŞDİ – FOTO

Hazırda oxunan: Keçmiş nazirin ailəsinə məxsus xəstəxananın BAŞ HƏKİMİ DƏYİŞDİ – FOTO

622156

Azərbaycanın mərhum səhiyyə naziri Oqtay Şirəliyevin ailəsinə məxsus olan Respublika Diaqnostika Mərkəzinin baş həkimi dəyişib.

Bizim.Media “Ölkə.az”a istinadla xəbər verir ki, xəstəxananın baş həkimi, tibb elmləri namizədi Könül Xəlilova vəzifəsindən azad olunub.

O, 2016‑cı ildən bu postda çalışırdı.
 

Respublika Diaqnostika Mərkəzinə yeni baş həkim də təyin olunub. İmzalanan müvafiq əmrə əsasən, bu vəzifəyə mama-ginekoloq Nigar Axundova gətirilib. O, son təyinatadək Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti işləyib.


Xatırladaq ki, "Respublika Diaqnostika Mərkəzi" ASC 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Mərkəzə əvvəllər keçmiş səhiyyə naziri Oqtay Şirəliyev rəhbərlik edib. O, 2025-ci il oktyabrın 3-də dünyasını dəyişib. Hazırda mərkəzin baş direktoru Rəşid Vəzirovdur.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin