Qırğızıstan Prezidenti: “Birinci Türkoloji Qurultayın irsi bu gün də aktuallığını qoruyur”

Hazırda oxunan: Qırğızıstan Prezidenti: “Birinci Türkoloji Qurultayın irsi bu gün də aktuallığını qoruyur”

622146

Qırğızıstan Prezidenti Sadır Japarov Birinci Türkoloji Qurultayın 1926-cı ildə Bakıda keçirilməsinin türk xalqlarının intellektual, mədəni və siyasi birliyinin formalaşmasında tarixi dönüş nöqtəsi olduğunu bildirib.

Bizim.Media xəbər verir ki, Prezident Sadır Japarovun Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilmiş “Türk Dünyası Həftəsi”nin açılış mərasimində səsləndirilən müraciətində, həmçinin qeyd olunub:
 

“100 il əvvəl Bakıda keçirilən Birinci Türkoloji Qurultay “Dildə, fikirdə, işdə birlik” şüarı altında türk xalqlarının gələcəyini müəyyənləşdirən, türk dünyasının intellektual dirçəlişinin əsasını qoyan mühüm tarixi hadisə olub. Qurultayın 100 illiyi türk dünyasının intellektual, mədəni və siyasi inteqrasiyasının əsrlik yolunun mühüm mərhələsi kimi dəyərləndirilə bilər”.


Müraciətdə, eyni zamanda, vurğulanıb ki, mürəkkəb siyasi şəraitə baxmayaraq, Qurultayda türk dilləri, terminologiya, orfoqrafiya, eləcə də ərəb qrafikasından latın əlifbasına keçid məsələləri ətrafında geniş müzakirələr aparılıb.

Qeyd edilib ki, həmin forum təkcə alimlərin toplantısı deyil, müxtəlif siyasi və coğrafi səbəblərlə bir-birindən ayrı düşmüş türk xalqlarının qarşılıqlı anlaşmaya, həmrəyliyə və qardaşlığa doğru atdığı tarixi addım olub.

Müraciətdə bildirilib ki, Birinci Türkoloji Qurultayın irsi bu gün də aktuallığını qoruyur və türk xalqları arasında elmi, mədəni, humanitar və strateji əməkdaşlığın inkişafı üçün mühüm istiqamət rolunu oynayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin