Bakıda daha bir ərazidə söküntü başladı – Kompensasiya veriləcək

Hazırda oxunan: Bakıda daha bir ərazidə söküntü başladı – Kompensasiya veriləcək

622184

Paytaxtda Yeni Suraxanı–Hövsan dəmir yolu xəttinin bərpası çərçivəsində Hövsan qəsəbəsində dəmir yolunun mühafizə zonasına düşən tikililərin sökülməsi prosesinə başlanılıb.

Bizim.Media “banker.az”a istinadən xəbər verir ki, söküntü işləri Suraxanı rayonu, Hövsan qəsəbəsinin Dənizkənarı küçəsində aparılır.
 

Məlumata əsasən, sökülən tikililər və həyətyanı sahələrdə yerləşən bəzi tikinti elementləri, eləcə də ağaclar üçün kompensasiya ödənişləri həyata keçirilir. Fərdi yaşayış evlərinə görə verilən kompensasiyanın məbləği 1200 manat təşkil edir.


Qeyd edək ki, söküntü işləri başa çatdıqdan sonra bu istiqamətdə sürət qatarlarının hərəkəti təmin ediləcək.

Dövlət Proqramına əsasən, təkcə Yeni Suraxanı–Hövsan deyil, Bakıxanov–Binə, Qala və Zabrat–Maştağa bağlar dəmir yolu xətlərinin də mərhələli şəkildə bərpası nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin