Bu il sentyabrın 9-da Asunsyon şəhərində Azərbaycan-Paraqvay Siyasi və İqtisadi Forumu keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Paraqvayın IP informasiya agentliyi məlumat yayıb.
Bildirilib ki, Paraqvay strateji dialoqu təşviq etmək, ikitərəfli əməkdaşlığı gücləndirmək və qlobal mənzərənin əsas çətinliklərini təhlil etmək məqsədilə siyasi, akademik və iqtisadi sahələrdən aparıcı şəxsləri bir araya gətirəcək I Azərbaycan-Paraqvay Siyasi və İqtisadi Forumuna ev sahibliyi edəcək.
Forum zamanı iqtisadi inkişaf, beynəlxalq geosiyasi kontekst, daimi siyasi və iqtisadi transformasiyalarla xarakterizə olunan qlobal ssenaridə ikitərəfli əməkdaşlığın perspektivləri ilə bağlı mövzular ətrafında fikir mübadiləsi aparılacaq.
Bizim.Media



































































































