Rusiyadan sonra Çinə SƏFƏR ETDİ – Nə baş verir? – VİDEO

Hazırda oxunan: Rusiyadan sonra Çinə SƏFƏR ETDİ – Nə baş verir? – VİDEO

622125

Belarus Prezidenti Aleksandr Lukaşenko Çin Xalq Respublikasına səfərə yollanıb.

Bizim.Media “Belta” nəşrinə istinadən xəbər verir ki, Belarus liderinin şərəfinə paytaxt Pekində rəsmi qarşılanma mərasimi təşkil olunub.

Lukaşenkonu hava limanında Çin təhsil naziri Huai Jinpenq qarşılayıb.

Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko iyunun 26-da Rusiyaya işgüzar səfər etmişdi. Görüşdə iki ölkə arasında əməkdaşlıq, birgə layihələr, eləcə də beynəlxalq və regional məsələlər müzakirə olunub.
 

Ən diqqətçəkən məqamlardan biri isə görüşün qapalı keçirilməsi, müzakirələrlə bağlı liderlərin mətbuat xidmətlərinin fotoşəkillər paylaşmaması və yalnız qısa məlumatlarla kifayətlənməsi olub. Vladimir Putin görüşü uğurlu və mənalı adlandıraraq bildirib ki, o, Aleksandr Lukaşenko ilə 24 saatdan çox söhbət edib.


Onu da xatırladaq ki, iyunun 20-də Ukrayna Prezidenti Volodimir Zelenki Lukaşenkoya açıq şəkildə xəbərdarlıq etmişdi. “Əgər Aleksandr Lukaşenko Belarus ərazisində Rusiyanın Ukraynaya dron hücumlarını istiqamətləndirən retranslyatorların fəaliyyətini dayandırmasa, bunu bir həftə ərzində ukraynalılar edəcəklər”, - deyə Zelenski bildirmişdi.

Belarus liderinin iki müttəfiq ölkəyə ardıcıl səfərlər etməsi ekspertlər tərəfindən məhz bu xəbərdarlıqla əlaqələndirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin