Nəqliyyat Nazirliyinin əməkdaşları Bakıda avtobus “ovu”x9dna çıxıb - FOTOLAR

Hazırda oxunan: Nəqliyyat Nazirliyinin əməkdaşları Bakıda avtobus “ovu”x9dna çıxıb - FOTOLAR

91529
Nəqliyyat Nazirliyinin əməkdaşları Bakı küçələrində avtobus sürücülərinin kütləvi cəzalandırılmasına başlayıblar.

Nazirliyin əməkdaşlarının sözlərinə görə, onlar yaxın bir ay ərzində paytaxtın sərnişin nəqliyyatı sistemini, xüsusən də avtobus marşrutlarını sahmana salmaq niyyətindədirlər.
Lakin aparılan reydlərdən sürücülər narahatdır.

Musavat.com-un məlumatına görə, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) Bakı Regional şöbəsinin və “Bakı Sərnişin və Yük Daşımalarının Təşkili”x9d MMC-nin əməkdaşları bu günki reydi Badamdar qəsəbəsində keçiriblər. Onlar “City market”x9d adlanan mağazanın qarşısında dayanaraq, burada sərnişin düşürən avtobusları cərimələyiblər. Nəqliyyat Nazirliyinin əməkdaşlarının sözlərinə görə, reydlərin nəticəsi olaraq avtobus sürücüləri dayanacaqdan-dayanacağa prinsipinə vərdiş etdiriləcək. Dayanacaqlarda dayanmayan sərnişinlər isə yolda qalacaqlar. Avtobus dayanacaqlarındakı texniki vasitələr də yenilənəcək. 

Sürücülər isə bu reyddən narazı qalıblar. Onlar bildirirlər ki, nazirliyin əməkdaşları bilərəkdən əvvəllər dayanacaq olmuş yerlərdə reyd aparırlar. Burada isə ənənəvi olaraq bütün avtobuslar sərnişin endirmək üçün dayanırlar. 

Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin ictimai əlaqələr üzrə mütəxəssisi Şəfa Mehmanqızı isə bildirib ki, reydlərdən sonra, lazımı yerlərdə dayanacaqlar quraşdırılacaq. 







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin