İndiyə qədər hər zaman aldanan vətəndaş, udan tərəf isə yalnız kommersiya bankları olub.
xa0
Bu sözləri axar.az-a açıqlamasında Mərkəzi Bank tərəfindən komisyon haqların azaldılması tələbini və bankların 12 faizlə əmanət qəbul etdiyi halda, vətəndaşlara 30 faizlə kredit verməsi nəticəsində böyük gəlir əldə etməsini şərh edən iqtisadçı ekspert Vüqar Bayramov bildirib. Bankların özlərinə müştəri cəlb etmək üçün təklif etdiyi effektiv faizlə reallıq arasındakı fərqi izah edən iqtisadçı çox mühüm məqamlara aydınlıq gətirib:
xa0
“Ümumiyyətlə, banklar kredit verən zaman vəsaiti bir neçə mənbədən əldə edirlər. Təbii ki, bunlardan ən ucuzu Mərkəzi Bankdan cəlb edilən mərkəzləşdirilmiş kredit resurslarıdır. Adətən bu sağlamlaşdırıcı kredit resursları kommersiya banklarında müxtəlif məqsədlər üçün istifadə edilir. 3,5 faiz olan bu resurslar iyunun 11-dən başlayaraq 3 faizədək endirilib. Bu, MB-nin uçot stavkasına uyğun olaraq bölüşdürülən kredit resuslarıdır. Digər mənbə isə əmanətlərdir. Əmanət faizləri illik olaraq 10-14 arasında dəyişir. Hazırda əksər banklar üçün bu, 12 faizdir. Cəlb edilən əmanət kredit formasında təklif edilir.
xa0
Üçüncü istiqamət isə kommersiya banklarının xaricdən cəlb etdiyi vəsaitlərdir. Azərbaycanda kommersiya banklarının reytinqi aşağı olduğundan əksəriyyət bu işi vasitəçilərlə həll edir. Xaricdən cəlb edilən vəsaitlər 8-10 faiz arasında dəyişir. Bəzi iri banklar nisbətən aşağı faizlə cəlb edə bilir. Əvvəllər 6 faizlə də mümkün idi.
xa0
Dördüncüsü isə verilmiş kreditlər üzrə hesablanan faizlərdir. Bu zaman da alınan faizlərin bir qismi yenidən kreditlərin verilməsi üçün istifadə edilir. Təbii ki, bu da məhz kommersiya bankının gəlirləri hesabına formalaşan mənbədir”x9d.
xa0
İqtisadçı bankların cəlb etdiyi vəsaitlər içərisində depozitlərin əslində ən bahalı mənbə olduğunu bildirib: “Faizlərin yüksək olmasına baxmayaraq, banklar bundan da kifayət qədər yüksək, yəni vətəndaşdan 12 faizlə aldığı depoziti digər vətəndaşa orta hesabla 30 faizlə verir. Praktik olaraq da əldə olunan vəsaitlər kommersiya bankının özünə qalır. Belə banklar MB-yə və digər qurumlara heç bir vəsait ödəmir. Sadəcə olaraq mənfəətindən vergi və depozitlərin sığortalanması agentliyinə müəyyən vəsait ödəyir. Bir də çəkilən vəsaitlərə görə, MB-də saxladıqları vəsait olur. Ancaq bank birbaşa əldə etdiyi gəlirdən hansısa quruma ödəniş etmir.
xa0
Yəni kredit faizləri ilə depozitlər arasında kifayət qədər fərq var. Bu fərq də kommersiya bankları tərəfindən gəlir kimi istifadə edilir. Əslində banklar vətəndaşları uzun müddət aldadıb. Yəni elan olunan faizlərlə verilən faizlər arasında hər zaman fərq olub. Bu da “Retail bankçılıq”x9dla məşğul olan kommersiya banklarının komisyon haqlarının kifayət qədər yüksək olması ilə bağlı idi”x9d.
xa0
İqtisadçının sözlərinə görə, banklar indiyə qədər müxtəlif yollarla sadəcə izafi dəyər qazanmağa çalışıblar:
xa0
“Məsələn, vətəndaş 10 000 manatlıq kredit götürən zaman belə banklar tərəfindən hətta bəzən 10-12 faiz komisyon haqqı müəyyənləşdirilirdi. Belə olan halda isə vətəndaş həm 10 000 manatlıq kreditə, həm də əlavə 1000 manatlıq sənədə imza atırdı. Faizlər isə 11 000 manatdan hesablanır, elan olunan kreditlə verilən kredit faizləri arasında fərq yaranırdı. 18 faizlə kredit verdiyini söyləyən bank komisyon haqqını da bura əlavə etməklə və faizləri suni şəkildə qaldırmaqla müştəriyə 18 faizlə vəd edilən kreditin reallıqda 30 faiz qədər yüksəlməsinə səbəb olurdu. Aldanan vətəndaş, gəlir əldə edən tərəf isə yalnız kommersiya bankları olurdu. Əslində indiyə qədər kommersiya banklarının əsas məqsədi vətəndaşları effektiv faizlə aldadaraq cəlb etmək və onlara daha yüksək faizlə kreditlərin verilməsinə nail olmaq idi. Bu da öz növbəsində banklara kifayət qədər yüksək izafi dəyər qazanmağa imkan verirdi”x9d.xa0






































































































