Bakıda Binəqədi rayonunda yanğın baş verən binanın sakinlərinin sürücülük vəsiqələri və istifadədə olan nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələri yararsız vəziyyətə düşübsə, onlar qısa müddət ərzində pulsuz bərpa ediləcək.
Moderator.Az məlumatına görə, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məlumat verib. O bildirib ki, bununla bağlı Daxili İşlər Nazirliyinin rəhbərliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə müvafiq göstəriş verib:
"Binanın sakinlərindən xahiş edirik ki, müvafiq sənədləri bərpa etmək istəyənlər Baş Dövlət Yol Polisi İdarəsinə gəlsinlər”x9d.
Əlaqə saxlamaq istəyənlər hər gün səhər 9:00-dan axşam saat 18:00-a kimi (012)5908105, (012)5908107 nömrələrinə zəng edə bilərlər.
Qeyd edək ki, Binəqədi rayonunda baş verən dəhşətli yanğında 15- nəfər vəfat edib, onlarla insan isə yaralanıb.
anstv









































































































