Ziyalı dostları Qulu Məhərrəmlini təbrik etdilər - FOTO

Hazırda oxunan: Ziyalı dostları Qulu Məhərrəmlini təbrik etdilər - FOTO

65904
Azərbaycan cəmiyyətinin tanınmış siması olan bir qrup görkəmkli ziyalı tanınmış jurnalist və elm xadimi, professor Qulu Məhərrəmlinin 60 illik yubileyini təbrik ediblər. 

Moderator.az xəbər verir ki, çay süfrəsi arxasında keçən tədbirdə millət vəkilləri ”“ xalq şairi Sabir Rüstəmxanlı, AMEA-nin müxbir üzvü, professor Nizami Cəfərov, böyük söz ustası, şair Ramiz Rövşən, görkəmli elm adamları ”“ akademik Rafiq Əliyev, professor Nizaməddin Şəmsizadə, professor Fəxrəddin Veysəlli, xalq artisti Fuad Poladov, nüfuzlu media təmsilçiləri ”“ Arif Əliyev, Elçin Şixlı və başqaları Qulu Məhərrəmlinin müstəqil düşüncənin formalaşmasına xidmət edən çoxşaxəli fəaliyyəti haqqında danışmışlar. Onlar qeyd etmişlər ki, Azərbaycan jurnalistikasının, təşəkkül tapmaqda olan jurnalistika elmimizin, audiovizual mədəniyyətimizin, xüsusən televiziya publisistikası və sənədli kinomuzun inkişafında professor Q.Məhərrəmli əhəmiyyətli xidmətlər göstərib. Yubilyarın jurnalist kadrlarının hazırlanmasındakı fəaliyyəti, çoxsaylı monoqrafiyaların, dərslik və dərs vəsaitlərinin müəllifi olması da rəğbətlə qeyd olunub. Professor Qulu Məhərrəmlinin dilçiliyimizin inkişafına verdiyi töhfələr, bu sahədə yeni elmi istiqamətin əsasını qoyması, son dövrlərdə ictimaiyyətə təqdim etdiyi izahlı lüğətlər ayrıca söhbətin mövzusu olub.

Tədbir iştirakçıları onu da vurğulayıblar ki, Q.Məhərrəmlinin milli mədəniyyətə xidmət edən çoxşaxəli fəaliyyəti bu günlərdə ictimaiyyətə təqdim olunmuş “İşığa doğru”x9d kitabında dolğun əks etdirilib. Tədbirin sonunda çıxış edən Qulu Məhərrəmli əməyinə verdikləri yüksək dəyərə görə ziyalılara öz minnətdarlığını bildirib, həmçinin, yaxın dövr üçün jurnalistika ilə, həmçinin Azərbaycan dilinin işlənmməsi və lüğətçilik sahəsində görəcəyi işlər barədə məlumat verib.
Ziyalı dostları Qulu Məhərrəmlini təbrik etdilər -  <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/2938.jpg">Ziyalı dostları Qulu Məhərrəmlini təbrik etdilər -  <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/2939.jpg">Ziyalı dostları Qulu Məhərrəmlini təbrik etdilər -  <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/2940.jpg">Ziyalı dostları Qulu Məhərrəmlini təbrik etdilər -  <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/2941.jpg">Ziyalı dostları Qulu Məhərrəmlini təbrik etdilər -  <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/2942.jpg">Ziyalı dostları Qulu Məhərrəmlini təbrik etdilər -  <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/2943.jpg">
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin