Estoniyanın Azərbaycana yeni təyin olunan səfiri Tiina Nirk rəsmi Bakının Ukraynaya humanitar yardımlarını yüksək qiymətləndirib.
Bizim.Media xəbər verir ki, bu barədə o, Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.
MÖVZU İLƏ BAĞLI:
Bundan başqa diplomat Azərbaycanın Orta Dəhlizdə mühüm mövqedə yerləşdiyini qeyd edən səfir bir çox sahədə, o cümlədən siyasi dialoq, biznes, informasiya texnologiyaları, logistika və digər istiqamətlər üzrə tərəfdaşlığı genişləndirmək üçün yaxşı potensialın olduğunu deyib.
Tiina Nirk təhsil sahəsində də əməkdaşlıq baxımından geniş imkanlara toxunaraq, bu xüsusda 200-ə yaxın azərbaycanlı tələbənin Estoniyada təhsil aldığını qeyd edib.
Bizim.Media




























































































