İlk dərs günü Bakı metrosunda REKORD sərnişin sayı qeydə alındı

Hazırda oxunan: İlk dərs günü Bakı metrosunda REKORD sərnişin sayı qeydə alındı

637033

Sentyabrın 15-də "Bakı metropoliteni" QSC-dən 605 081 sərnişin istifadə edib.

Bizim.Media bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

"Halbuki, ötən ayın ən yüksək göstəricisi 548 751 sərnişin olub. Beləliklə, dərs ilinin ilk günü qeydə alınan göstərici avqust ayının pik günü ilə müqayisədə 9,3 % çoxdur.

Xətlərin ayrılması layihəsinin həyata keçirildiyi bu günlərdə metrodan istifadənin artması bu nəqliyyatın şəhər sakinləri üçün nə qədər vacib olduğunu bir daha göstərir. Tikinti işləri tamamlandıqdan və xətlər tam ayrıldıqdan sonra intervallar azalacaq, səyahətlər daha rahat və sürətli olacaq", - deyə metro bəyan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin