Türkiyədə ət məhsullarının istehsalı standartlarını sərtləşdirən yeni qaydalar qüvvəyə minib.
Bizim.Media xəbər verir ki, "Resmi Gazete"də dərc olunan Kənd Təsərrüfatı Nazirliyinin bildirişinə əsasən, dönər, sucuk, kotlet, burger, qiymə və pastırma kimi məhsullarda qaltılardan istifadə qadağan edilib İstehsalçılar üçün 2027-ci il martın 31-dək keçid dövrü müəyyənləşdirilib.
Yeni standartlara görə, dönər istifadə olunan ətdən asılı olaraq üç kateqoriyaya bölünür. Dönərdə ümumi piyin miqdarı 25%-dən, duzun miqdarı 2%-dən çox ola bilməz, ət zülalı isə ən azı 12% təşkil etməlidir
Hazırlanma zamanı qoz, pendir, zülal tozları, eləcə də nişasta və soya məhsulları kimi qatqıların istifadəsi qadağan olunub.
Həmçinin etiketlərdə məhsulun hazırlanmasında istifadə edilən heyvan mənşəli piyin mənşəyi mütləq göstərilməlidir.
Bizim.Media


































































































