Azərbaycanda 115 min manata gəmi satıldı

Hazırda oxunan: Azərbaycanda 115 min manata gəmi satıldı

637008

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən sentyabrın 15-də keçirilən hərracda 14 nəqliyyat vasitəsi satılıb. Bunlardan biri "Point Brower D" markalı gəmidir.

Bizim.Media  xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, bunlardan biri "Point Brower D" markalı gəmidir. Hərracda start qiyməti 4 500 manat olan "Volkswagen Polo" avtomobili 6 600 manata, ilkin qiyməti 6 750 manat olan "Land Rover Freelander" nəqliyyat vasitəsi 7 200 manata satılıb. "Point Brower D" markalı gəminin isə satış qiyməti 115 min manat olub.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.

Qeyd edək ki, dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərraclar 22 və 29 sentyabr tarixlərində keçiriləcək.

Hərraclarda iştirak etmək istəyənlər "www.emlak.gov.az" və "www.auksion.gov.az" saytlarından seçim edə bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin