Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldü – ÖZƏL

Hazırda oxunan: Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldü – ÖZƏL

636987

Bakı Qızlar Universitetinin fəaliyyətinin dayandırılması ilə əlaqədar tələbələrin təhsilinin fasiləsizliyinin təmin edilməsi məqsədilə onların digər ali təhsil müəssisələrinə köçürülməsi yekunlaşıb. 

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. 

Bildirilib ki, universitetin 1500-ə yaxın tələbələrinin hamısı artıq özəl universitetlərə köçürülüb. 

Tələbələrdən 682 nəfəri Odlar Yurdu Universitetinə, qalanları isə Azərbaycan Universitetinə yerləşdirilib. 

Qeyd edək ki, Bakı Qızlar Universiteti akkreditasiyadan keçmədiyi üçün fəlaiyyətini dayandırıb.

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin