Karpatlarda sirli "Ölü göl": Onu niyə belə adlandırırlar?

Hazırda oxunan: Karpatlarda sirli "Ölü göl": Onu niyə belə adlandırırlar?

637004

Lvov vilayətindəki Skolevskix Beskidov meşələrində miflərlə örtülmüş qeyri-adi Juravlinoje (Durna) gölü yerləşir. Yerli sakinlər qara suyu, bataqlıq sahilləri və su üzərində hərəkət edən adaçaqlarına görə onu "Ölü" və ya "Qara göl" də adlandırırlar.

Bizim.Media xəbər verir ki, su hövzəsində kükürd qazı səbəbindən balıq olmasa da, əslində göl tamamilə "ölü" deyil — burada xərçəngkimilər, cırcırama sürfələri və tritonlar yaşayır.

Suyun qara rəngi isə ətrafdakı qalın torf çöküntüləri ilə izah olunur. Həmçinin burada nadir yırtıcı bitki — şehçiçəyi (rosiçka) bitir. Gölün "Durna" adlandırılması isə quşlarla deyil, ərazidə bitən durnaqarasın (cranberry / klyukva) bitkisi ilə bağlıdır. 

Xatırladaq ki, göl Kamenka şəlaləsinin yaxınlığında yerləşir və ora turizm cığırı ilə getmək mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin