Təcili yardım motosikletləri Bakı küçələrində - Hansı çağırışlara onlar gedir? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Təcili yardım motosikletləri Bakı küçələrində - Hansı çağırışlara onlar gedir? – RƏSMİ AÇIQLAMA

636963

“Ambucycle” xidmət modeli hazırda Bakıda uğurla davam edir və gələcəkdə əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
 

Bildirilib ki, xüsusilə sıx nəqliyyat şəraitində və avtomobillərin hadisə yerinə operativ çatmasının çətin olduğu hallarda motosikletlə hərəkət edən briqada hadisə yerinə daha qısa müddətdə çataraq ilkin tibbi yardım göstərir.


“Xidmət modelinin əsas məqsədi hadisə yerinə çatma müddətini azaltmaq, kritik hallarda ilk dəqiqələrdə tibbi müdaxiləni təmin etmək və təcili tibbi yardım xidmətinin operativliyini artırmaqdır. Motosiklet briqadası ehtiyac yarandıqda hadisə yerində ürək-ağciyər reanimasiyası, ürəyin qapalı masajı, defibrilyasiya, ağrının aradan qaldırılması, sınıqlar zamanı immobilizasiya və digər təxirəsalınmaz tibbi müdaxilələri də həyata keçirir” – məlumatda qeyd edilib.

Hazırda neçə nəfərin və paytaxtın hansı ərazilərində bu xidmətdən istifadə edildiyi açıqlanmayıb.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin