Bakının Binə qəsəbəsində yerləşən "Bakaftomat" yaşayış massivində illərdir gözlənilən kanalizasiya xətti çəkilsə də, sakinlər hələ də içməli su problemindən əziyyət çəkirlər.
Evlərindən cəmi 5-10 metr məsafədə su xəttinin keçməsinə baxmayaraq, sakinlər ona qoşula bilmirlər və qurumlardan hər dəfə "bir az gözləyin" cavabını alırlar.
Bizim.Media xəbər verir ki, yerli sakin Maya Məmmədova bildirib ki, bütün yay boyu içməli suyu maşınlarla almalı olublar və yağış yağdıqca su da bulanıq gəlir.
Bir maşın su maksimum on günə bitir və istifadədən əvvəl onu qaynatmaq lazım gəlir. Kanalizasiya çəkilməzdən əvvəl hər yağışda evləri su basan sakinlər indi də su probleminin həlli üçün instansiyalara müraciət edirlər.
Yeri gəlmişkən, İri Şəhərlərin Su Təchizatı Xidmətindən "haqqin.az"a bildirilib ki, mərkəzləşdirilmiş içməli su şəbəkəsi olmayan ərazilərdə tikinti işləri mərhələli şəkildə həyata keçirilir və qeyd olunan ünvanda da su kəməri plana uyğun olaraq mərhələli şəkildə çəkiləcək.

Bizim.Media

































































































