Psixoloq Laura Gelstab mübahisələrdən sonra qarşı tərəfi haqsız çıxaran və ya özünü doğrultmağa vadar edən ifadələri açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Glamour" nəşri yazıb.
Mütəxəssisin sözlərinə görə, "Sən şişirdirsən" və ya "Mən sadəcə zarafat edirdim, nədən inciyirsən?" kimi ifadələr qarşı tərəfin duyğularını kiçildir və dialoqu qapadır.
Eyni zamanda, öz günahını başqasının üzərinə yıxan ("Mən belə etdim, çünki sən məni məcbur etdin") və ya saxta özünütənqidə əsaslanan ("Yaxşı, onda hər şeydə mən günahkaram") frazalar əslində sağlam ünsiyyətə mane olan müdafiə mexanizmləridir.
Psixoloq qeyd edir ki, səhfi etiraf etməkdən qorxmaq çox vaxt uşaqlıq travmaları ilə bağlı olur.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:00 / 16.09.2026
Mübahisədən sonra qarşı tərəfi haqsız çıxaran İFADƏLƏR
Hazırda oxunan: Mübahisədən sonra qarşı tərəfi haqsız çıxaran İFADƏLƏR
Hazırda oxunan: Mübahisədən sonra qarşı tərəfi haqsız çıxaran İFADƏLƏR
637019
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































