Rusiyanın Yekaterinburq şəhərində 2015-ci ildə azərbaycanlı futbolçu Emil Hüseynovu bıçaqlayaraq öldürən keçmiş MMA döyüşçüsü Tiqran Çiçakyan yenidən cinayət məsuliyyətinə cəlb olunub.
Bizim.Media xəbər verir ki, 2024-cü ildə azadlığa çıxan 30 yaşlı Çiçakyan bu dəfə qrup halında, zor tətbiq etməklə və təmənna məqsədilə adam oğurluğunda (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 126-cı maddəsi) ittiham olunur.
Məhkəmənin qərarı ilə o, avqustun 7-də saxlanılaraq istintaq təcridxanasına (SIZO) göndərilib.
Xatırladaq ki, əvvəlki cinayət işində Çiçakyan "Neftçi", "Karvan" və "Abşeron" klublarının sabiq yarımmüdafiəçisi Emil Hüseynovu qətlə yetirdiyinə görə 9 il həbs cəzası almışdı. (Mənbə: e1.ru)
Bizim.Media

- A-
- A
- A+
Region
16:58 / 16.09.2026
Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu
Hazırda oxunan: Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu
Hazırda oxunan: Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu
637010
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































