Badamdardakı partlayışda xəsarət alan şəxsin vəziyyəti ağırdır.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, bu gün saat 14:55 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisindən partlayış səbəbilə çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib. Təcili tibbi yardım briqadası tərəfindən 2006-cı il təvəllüdlü şəxs (kişi) bədənin termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub.
Ona baş, boyun, gövdənin hər iki aşağı və yuxarı ətrafların II-III dərəcəli termiki alov yanığı diaqnozu təyin edilib. Hazırda pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.
Vəziyyəti ağır olaraq qiymətləndirilir.
Fəridə, Bizim.Media

































































































