Daha əvvəl Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində 56 yaşlı atasını qətlə yetirməkdə şübhəli bilinən azərbaycanlı yeniyetmənin Rusiyada digər ağır cinayət törətdiyi iddia olunur.
Bizim.Media xəbər verir ki, Rusiya vətəndaşı Mariya Usoltseva sosial şəbəkələrdə yayımladığı videoda 15 yaşlı D.N.-nin onun oğlu, keçmiş sinif yoldaşı Aleksandr Usoltsevi bıçaqlayaraq öldürdüyünü bildirib.
Usoltsevanın sözlərinə görə, yeniyetmələrin valideynləri daha əvvəl D.N.-nin Telegram hesabındakı yazışmaları təhlil ediblər və onun məktəb qətliamları mövzusu ilə bağlı nikdən istifadə etdiyini aşkarlayıblar. O iddia edir ki, D.N. sinif yoldaşını əvvəlcədən planlaşdırılmış şəkildə kimsəsiz evə gətirərək qətlə yetirib.
Xatırladaq ki, cari ilin yanvar ayında Şəmkirdə baş verən hadisə zamanı 15 yaşlı D.N. yatmış atasını balta ilə öldürməkdə şübhəli bilinirdi. Qətlindən sonra onun 23 yaşlı qardaşı ilə birlikdə Gəncə – İstanbul – Moskva reysi ilə ölkədən qaçdığı bildirilmişdi.
Şəmkir Rayon Prokurorluğunda qəsdən adam öldürmə (120.1) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb. Cari il avqustun 28-də isə Rusiyanın Xantı-Mansisk şəhərindəki tikintisi başa çatmamış binada 15 yaşlı Aleksandr Usoltsevin meyiti aşkar edilib. Şübhəli bilinən D.N. barəsində Rusiyada həbs qətimkan tədbiri seçilib. (Mənbə: Haqqin.az)
— Newsfeed (@Newsfeed883920) September 16, 2026
Bizim.Media

































































































