Ukrayna ordusundan ƏKS-HÜCUM - Ruslar Kupyanskdan çıxarıldı

Hazırda oxunan: Ukrayna ordusundan ƏKS-HÜCUM - Ruslar Kupyanskdan çıxarıldı

636937

Amerika Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabatına görə, Ukrayna Silahlı Qüvvələri Donetsk və Xarkov vilayətlərində mövqelərini möhkəmləndirib, eləcə də rus işğalçılarının bir sıra yeni hücum əməliyyatlarının qarşısını uğurla alıb.

Bizim.Media xəbər verir ki, bu barədə UNİAN nəşri yazıb.

Analitiklər qeyd edirlər ki, sentyabrın 14 və 15-də rus qoşunları Kupyansk və Borov istiqamətlərində hücumlarını davam etdirsələr də, ukraynalı hərbçilərin əks-hücumları səbəbindən irəliləyə bilməyiblər. Ukrayna qüvvələri Dobropolyenin cənub-qərb istiqamətində, xüsusilə Belitskoyenin qərb hissəsində də irəliləyiş əldə ediblər.

Eyni zamanda, rus qoşunlarının soyuq hava şəraitinin başlanmasından əvvəl Dobropolye istiqamətində əlavə qüvvələr yerləşdirdiyi və hücum əməliyyatlarını gücləndirdiyi bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin