Ən varlı amerikalıların ümumi sərvəti rekord həddə çatdı

Hazırda oxunan: Ən varlı amerikalıların ümumi sərvəti rekord həddə çatdı

636949

ABŞ-nin ən varlı 400 sakininin ümumi sərvəti rekord həddə çataraq 8 trilyon dollar olub. Bu, bir il əvvəlki göstəricidən 1.4 trilyon dollar çoxdur.

Bizim.Media bu barədə "Forbes" nəşrinə istinadən xəbər verir.

Reytinqə daxil olmaq üçün ABŞ-nin ən varlı şəxsləri indi ən azı 4.4 milyard dollar sərvətə malik olmalıdırlar. Bu göstərici ötən illə müqayisədə 600 milyon dollar artıb. Ümumilikdə 590 amerikalı milyarder bu həddi aşa bilməyib.

Reytinqdə birinci yeri il ərzində sərvəti iki dəfədən çox artaraq 908 milyard dollara çatan İlon Mask qoruyub. Bir il əvvəl "Forbes" onun sərvətini 428 milyard dollar qiymətləndirib.
 

İkinci yeri 378 milyard dollar sərvətlə "Amazon"un təsisçisi Ceff Bezos tutub. Üçüncü pillədə 278 milyard dollar sərvətlə "Google"un həmtəsisçisi Larri Peyc qərarlaşıb.


Dördüncü yeri "Dell Technologies" şirkətinin rəhbəri Maykl Dell tutub. Beşinci pillədə isə 256 milyard dollar sərvətlə "Google"un digər həmtəsisçisi Sergey Brin qərarlaşıb.

"Top-15"də yer alan yeganə qadın "Walmart"ın təsisçisi Sem Uoltonun qızı Elis Uoltondur. Onun sərvəti 118 milyard dollar qiymətləndirilir.

Reytinqdə ümumilikdə 62 qadın yer alıb ki, bu da bir il əvvəlki göstərici ilə eynidir. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin