Vaxtilə dağıntı və kədər simvolu hesab edilən və "Qafqaz Xirosiması" adlandırılan Ağdam bu gün sülh, təhlükəsizlik və gələcəyə inam simvoluna çevrilir.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans çərçivəsində Ağdam Cümə məscidində keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, Ağdam məscidi Qarabağın simvollarından biri, həm yerli sakinlər, həm də qonaqlar üçün mühüm ibadət və ziyarət mərkəzidir. E.Hüseynov qeyd edib ki, Ağdam rayonunun Yusifcanlı kəndində XVIII əsrə aid kənd məscidinin, eləcə də Qarabağ xanlığı nümayəndələrinin türbələrinin yerləşdiyi "İmarət" Tarix-Memarlıq Muzey Kompleksinin bərpası Azərbaycan dövlətinin dini və mədəni irsə həssas münasibətini nümayiş etdirir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:48 / 16.09.2026
Ağdam "Qafqaz Xirosiması"ndan sülh simvoluna çevrilir - Emin Hüseynov
Hazırda oxunan: Ağdam "Qafqaz Xirosiması"ndan sülh simvoluna çevrilir - Emin Hüseynov
Hazırda oxunan: Ağdam "Qafqaz Xirosiması"ndan sülh simvoluna çevrilir - Emin Hüseynov
636943
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































