İsveçrədən sonra Britaniya da Azərbaycandan qızıl aldı

Hazırda oxunan: İsveçrədən sonra Britaniya da Azərbaycandan qızıl aldı

636941

Azərbaycan 2026-cı ilin yanvar-iyul aylarında qızıl ixracını dəyər ifadəsində 20,8 dəfə artıraraq 3 milyard 707,8 milyon dollara, kəmiyyət baxımından isə 8,5 dəfə artıraraq 24 517,2 kiloqrama çatdırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. İxrac emal olunmamış və yarımdəstgah formalardakı qızıl növlərini əhatə edib.

Hesabat dövründə əsas satış bazarı Böyük Britaniya olub. Azərbaycan bu ölkəyə 3 milyard 468,5 milyon dollar dəyərində 21 902 kq qızıl tədarük edib. Britaniyaya tədarük son 16 ildə ilk dəfə həyata keçirilib. İsveçrəyə isə 239,4 milyon dollar dəyərində 2 615 kq qızıl ixrac olunub.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycan qızılı yalnız İsveçrəyə ixrac etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin