Ermənistanın Konstitusiya Məhkəməsi ABŞ ilə imzalanmış TRIPP (Trump Route for International Peace and Prosperity) layihəsi (Zəngəzur dəhlizi – red.) üzrə strateji əməkdaşlıq sazişini ölkə Konstitusiyasına uyğun hesab edib.
Bizim.Media "Pastinfo"ya istinadən xəbər verir ki, məhkəmə sənəddəki öhdəliklərin Konstitusiyaya zidd olmadığını müəyyənləşdirib. Bundan sonra sənəd ratifikasiya olunması üçün Ermənistan parlamentinə göndəriləcək.
Xatırladaq ki, çərçivə sazişi cari ilin may-iyun aylarında Vaşinqton və İrəvanda ABŞ dövlət katibi Marko Rubio və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan tərəfindən imzalanmışdı.
Layihənin əsasını Ermənistanın Zəngəzur (Sünik) vilayətindən keçən və Azərbaycanı Naxçıvanla birləşdirməli olan nəqliyyat dəhlizi təşkil edir.
Bizim.Media


































































































