Liviyanın Tobruk limanına dəniz karvanı vasitəsilə Rusiyanın yeni hərbi və logistik texnikası çatdırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Russia Maritime Watch" OSINT layihəsi yayıb.
"Aleksandr Şabalin" böyük desant gəmisinin müşayiəti ilə hərəkət edən "Anastasiya" və "Yuri Arşenevski" gəmilərinin gəlişindən sonra Tobrukda zirehli transportyorların (xüsusilə MRAP sinifli), təminat maşınlarının və digər hərbi texnikanın boşaldılması qeydə alınıb.
Analitiklər hesab edirlər ki, bu təchizat Tobrukun Rusiyanın Liviyadakı logistika şəbəkəsində rolunun artdığını göstərir. Moskva Aralıq dənizi, Sahel regionu və Sudanı birləşdirən daimi logistik qovşaq yaratmağa çalışır.
Xatırladaq ki, bundan əvvəl ABŞ-ın Milli Geoskosmik Kəşfiyyat Agentliyi Rusiyanın Cüfra, Əl-Xadim, Qardabiya və digər aviabazalarda mövcudluğunu sürətlə genişləndirdiyini bildirmişdi. Bu baxımdan ora MiQ-29 qırıcıları, PUA-lar və hava hücumundan müdafiə sistemləri köçürülüb.
Bizim.Media

































































































