Taksi sürücüləri bu sərnişinləri götürməkdən imtina edir – VİDEO

Hazırda oxunan: Taksi sürücüləri bu sərnişinləri götürməkdən imtina edir – VİDEO

635224

Bəzi taksi sürücüləri uşaqlı sərnişinləri daşımaqdan imtina edirlər.

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, bu barədə məlumatlar sosial şəbəkələrdə yayılıb.

Sürücülər arxa oturacaqda uşaqların nəzarətsiz qaldığını və ayyaqabı ilə oturacağı çirkləndirdiyini deyirlər.

Növbəti müştəri maşına əyləşdikdə isə xoşagəlməz mənzərə ilə qarşılaşır. Nəticədə sürücünün proqramda reytinqi azalır.
 

Sürücülər deyirlər ki, digər bir problem sərnişinlərin avtomobildə qida qəbul etməsidir. Yemək qırıntıları və ləkələri təmizləmək hər dəfə mümkün olmur. Bu isə həm avtomobilin ümumi vəziyyətinə, həm də növbəti sərnişinlərin rahatlığına mənfi təsir göstərir.


Nəqliyyat ekspertlərinin sözlərinə görə, sürüclər işindən olamamaq üçün qanunvericliyə uyğun addım atmalıdırlar.

Mövcud qanunvericiliyə əsasən, sərnişinlər də nəqliyyat vasitəsindən istifadə zamanı müəyyən edilmiş qaydalara əməl etməlidirlər. Avtomobilin çirkləndirilməsi, təhlükəsizlik qaydalarının pozulması və digər hallarda sürücü yaranmış vəziyyətlə bağlı tədbir görülməsini tələb edə bilər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin