"Bakı Metropoliteni" QSC-nin "Dərnəgül" elektrik deposuna ilk qatar daxil olub.
Bizim.Media xəbər verir ki, qatar sərnişinləri "Dərnəgül" stansiyasında düşürdükdən sonra depoya istiqamətləndirilib.
Bildirilib ki, elektrik deposunda II mərhələ üzrə işlər başa çatdırılıb və ilk xəttə qatarın qəbulu prosesinə başlanılıb.
Qeyd olunub ki, layihə "Bakı Metropoliteni"nin fəaliyyətinin təkmilləşdirilməsi və qatarların texniki xidmət imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Xatırladaq ki, "Dərnəgül" deposunun istismara verilməsi Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsinin tərkib hissəsi kimi, metropolitendə xidmət keyfiyyətinin artırılması, sıxlıq və intervalların azaldılmasında xüsusi əhəmiyyət daşıyır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:31 / 13.08.2026
“Dərnəgül” deposuna ilk qatar belə daxil oldu – VİDEO
Hazırda oxunan: “Dərnəgül” deposuna ilk qatar belə daxil oldu – VİDEO
Hazırda oxunan: “Dərnəgül” deposuna ilk qatar belə daxil oldu – VİDEO
630899
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































