“Binamızın altını hotel ediblər, səs-küydən otura bilmirik...” – VİDEO

Hazırda oxunan: “Binamızın altını hotel ediblər, səs-küydən otura bilmirik...” – VİDEO

630464

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində çoxmərtəbəli yaşayış binasının ikinci mərtəbəsinin hostel, üçüncü mərtəbəsinin isə hotel kimi “Kristal AA” MTK tərəfindən icarəyə verilməsi sakinlərin narazılığına səbəb olub.

Bizim.Media xəbər verir ki, bu şikayətlə Xəzər TV-yə bir qrup sakin müraciət edib.

Onların iddiasına görə, “Kristal AA” MTK-ya məxsus binada antisanitar vəziyyət yaranıb, səs- küydən gecələr mənzillərində rahat yaşaya bilmirlər. MTK isə onların bu vəziyyətinə biganə yanaşır. MTK rəhbərliyinə dəfələrlə müraciət etsələr də, onların narazılığına məhəl qoyulmayıb.
 

Sakinlərin iddialarına aydınlıq gətirmək məqsədilə “Kristal AA” MTK rəhbərliyi ilə əlaqə saxlanılsa da, sualı dinləyib dəstəyi asıblar. Daha sonra eyni adlı hotelə müraciət olunsa da, onlar da kameranın obyektivindən yayınıblar.


DİN-in Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli isə bildirib ki, qeyd olunan ərazidə hotel əməkdaşları tərəfindən antisanitar vəziyyət yaradılması ilə bağlı vətəndaşların polisə müraciəti əsasında araşdırma aparılıb və inzibati qaydada protokol tərtib olunub. Eyni halın təkrarlanacağı təqdirdə daha ciddi məsuliyyət tədbirləri görüləcək.

Daha ətraflı süjetdə:

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin