Babək prospektində avtomobil salonu yandı – VİDEO

Hazırda oxunan: Babək prospektində avtomobil salonu yandı – VİDEO

630441

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının ümumi sahəsi 1200kv.m. olan üçmərtəbəli avtomobil salonu kimi fəaliyyət göstərən obyektdə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.
 

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində obyektin ofis otağında baş vermiş yanğın genişlənməsinə, o cümlədən avtomobillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.


Yanğın nəticəsində ümumi sahəsi 15kv.m. olan otağın yanar konstruksiyaları yanıb, salonda yerləşən “BMW” markalı minik avtomobilinin arxa bamperi və işığı deformasiya edib.

Obyektin böyük hissəsi və içərisində park edilmiş avtomobillər yanğından mühafizə olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin