Tanınmış hüquqşünas Əkrəm Həsənov sosial şəbəkə hesabında azərbaycanlılara müraciət edərək Rusiyaya səfər etməməyə və övladlarını ora göndərməməyə çağırış edib.
Bizim.Media xəbər verir ki, hüquqşünas baş verən real bir hadisəni misal çəkərək vətəndaşları ciddi təhlükə barədə xəbərdar edib.
Onun sözlərinə görə, tanışlarından birinin oğlu Moskvada ali məktəbə daxil olub və ora çatarkən hava limanında saxlanılıb:
"Hava limanında uşağın telefonunu yoxlayıblar və Çeçenistan prezidenti Ramzan Kadırova dair lağlağı şəkil tapıblar. Nəticədə uşağı həbs ediblər və indi Ukraynaya qarşı müharibədə iştirak etmək üçün kontrakt imzalamağa məcbur edirlər..."
Əkrəm Həsənov bu cür halların qarşısını almaq üçün valideynləri və gəncləri maksimum diqqətli olmağa, mövcud risklər səbəbindən Rusiyaya səfərlərdən çəkinməyə çağırıb.

Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
00:23 / 11.08.2026
Azərbaycanlılara ŞOK xəbərdarlıq: "Rusiyaya getməyin, övladlarınızı oraya buraxmayın!" - FOTO
Hazırda oxunan: Azərbaycanlılara ŞOK xəbərdarlıq: "Rusiyaya getməyin, övladlarınızı oraya buraxmayın!" - FOTO
Hazırda oxunan: Azərbaycanlılara ŞOK xəbərdarlıq: "Rusiyaya getməyin, övladlarınızı oraya buraxmayın!" - FOTO
630427
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































