“Baku Bus” Gəncədə qəzaya düşdü – FOTO

Hazırda oxunan: “Baku Bus” Gəncədə qəzaya düşdü – FOTO

630031

Gəncədə sərnişin avtobusu minik maşını ilə toqquşub.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, hadisə şəhərin H. Əliyev prospekti ilə Mirzə Abbas Abbaszadə prospektlərinin kəsişməsində qeydə alınıb.
 

Belə ki, qadın sürücünün idarə etdiyi "Chevrolet" markalı minik maşını 13 nömrəli xətt üzrə hərəkət edən "Baku Bus" şirkətinə məxsus sərnişin avtobusuna çırpılıb.


Qəza zamanı xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ciddi ziyab dəyib. Qəza yerinə yol polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin