Zərdabda bədbəxt hadisə baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Qoruqbağı kəndində qeydə alınıb.
Belə ki, 2023-cü təvəllüdlü kənd sakini Kərimli Əsma Yaqub qızı atası Kərimli Yaqubun idarə etdiyi otbağlayan aqreqatın təkərinin altında qalaraq ağır bədən xəsarətləri alıb. Azyaşlı aldığı xəsarətlərdən elə hadisə yerində dünyasını dəyişib.
Hadisə yerinə rayonun hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media, Aran bürosu





































































































