2026-cı ilin ilk altı ayında motosikletlərin iştirakı ilə 37 yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən bildirilib.
MÖVZU İLƏ BAĞLI:
İsmayıllıdakı qəzada faciəli şəkildə ölən motosikletçinin FOTOSU
Məlumata görə, bu ilin yanvar-iyun aylarında motosikletlərin iştirakı ilə baş vermiş 37 yol-nəqliyyat hadisəsinin 14-ü ölümlə nəticələnib.
Qəzalar nəticəsində 18 nəfər həyatını itirib, 28 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xədicə Paşayeva, Bizim.Media






































































































