Minik avtomobili aşdı, 1 ölü, 5 yaralı var - FOTO

Hazırda oxunan: Minik avtomobili aşdı, 1 ölü, 5 yaralı var - FOTO

626227

Kəngərlidə minik avtomobili aşıb, yeniyetmə ölüb, xəsarət alanlar var.

Bizim.Media xəbər verir ki,  hadisə Naxçıvan-Sədərək magistralının 22-ci kilometrliyində, Kəngərli rayonunun Kərki kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Hyundai" markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan 2010-cu il təvəllüdlü Seyidov Mirməhərrəm Afət oğlu ölüb.

Digər sərnişinlər - 1998-ci il təvəllüdlü Məmmədova Gülşən Məmmədbağır qızı, 2009-cu il təvəllüdlü Seyidova Aytac Əlu qızı, 1959-cu il təvəllüdlü Quluzadə Telli Alı qızı, 1981-ci il təvəllüdlü Seyidova Rüqəyyə Bağır qızı və 2023-cü il təvəllüdlü Məmmədov Araz Pərviz oğlu xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır. (Apa.az)











Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin