Gəncədə sərnişin "BakuBus"dan yıxılaraq xəsarət aldı

Hazırda oxunan: Gəncədə sərnişin "BakuBus"dan yıxılaraq xəsarət aldı

626068

Gəncədə H.Əliyev prospektində "BakuBus"a məxsus 14 nömrəli ictimai nəqliyyat vasitəsi hərəkətdə olarkən sərnişin - 1989-cu il təvəllüdlü Xəyalə Verdiyeva yıxılaraq xəsarət alıb.

Bizim.Media “teleqraf.az”a istinadla xəbər verir ki, yaralı Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Ona ilkin tibbi yardım göstərilib, müalicəsi davam edir.

Məlumat üçün bildirək ki, Gəncədə sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrinin əksəriyyəti "BakuBus"a məxsusdur.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin