Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək.
Bizim.Media xəbər verir ki, havanın temperaturu gecə 22-25° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 50-55 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi şimal və qərb rayonlarında yağıntıların güclənəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 34-38° isti, dağlarda gecə 14-18° isti, gündüz 22-27 isti olacaq.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:42 / 15.07.2026
Sabahın havası: 38 dərəcə isti olacaq
Hazırda oxunan: Sabahın havası: 38 dərəcə isti olacaq
Hazırda oxunan: Sabahın havası: 38 dərəcə isti olacaq
625424
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































